Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilmişdir

08 noyabr 2025 | 09:39
“8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilmişdir.
08 noyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin mövzuya həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Daha sonra çıxış edən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış Böyük Zəfər Azərbaycan xalqının iradəsini, dövlətimizin qüdrətini və milli birliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. O vurğulayıb ki, beş il əvvəl əldə olunan bu tarixi qələbə təkcə hərbi sahədə deyil, siyasi, diplomatik və mənəvi müstəvidə də Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb. Eyvaz Hüseynov onu da qeyd edib ki, Azərbaycan bu gün regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısına çevrilib. Cənab Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixində ABŞ-a rəsmi səfəri zamanı imzalanan tarixi Bəyanat, sülh müqaviləsinin mətninin paraflanması, eləcə də beynəlxalq tribunalarda dövlətimizin başçısının səsləndirdiyi qətiyyətli bəyanatlar bir daha göstərdi ki, Azərbaycan artıq öz haqlı Zəfərini diplomatik müstəvidə də tam şəkildə təmin edib. Eyvaz Hüseynov çıxışının sonunda qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və milli iftixar günüdür. Bu Zəfər bizə həm azadlığın, həm birliyin, həm də dövlətçilik əzminin qiymətini xatırladır.
Tədbir çıxış edən Şəhid ailələri, qazilər, ziyalılar çıxışlarında tarixi Qələbənin Azərbaycan xalqının birliyi, Ordumuzun rəşadəti və dövlət başçısının qətiyyətli siyasətinin parlaq nəticəsi olduğu vurğulayıblar.
Keçidlər