Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının VIII Konfransı keçirilmişdir.

22 may 2013 | 15:00

       21 may 2013-cü il tarixdə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının VIII Konfransı keçirilmişdir. Konfras iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Rayon Mədəniyyət Evində keçirilən tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan söhbət açdı. Daha sonra çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Məhəmmədəli Bayramov və YAP Xocavənd Rayon Təşkilatının Qadınlar Şurasının sədri Əfsanə Quliyeva bu ilin Azərbaycan tarixində çox əhəmiyyətli olmasından, qarşıdan gələn Prezident seçkilərinin əhəmiyyətindən danışdılar. Konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev də iştirak etmişdir. Konfrans Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayyəndələrin seçilməsi ilə başa çatmışdır.  

Keçidlər