Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinə həsr olunmuş güləş yarışı keçirilmişdir.

18 yanvar 2020 | 16:00

           Yarışda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib. Natiq həmin faciənin xalqımızın azadlıq yolunda atılmış həlledici mərhələ olduğunu bildirərək, bunun nəticələrinin gənclər arasında vətənpərvərlik baxımından təbliğinin əhəmiyyətini önə çəkib. Açılış mərasimindən sonra yarışa start verilmişdir. Bərdə, Beyləqan, Ağdam, Füzuli və Xocavənd rayon idman məktəblərinin şagirdlərinin iştirak etdiyi, gərgin mübarizə şəraitində keçən yarışın qalibləri sonda mükafatlandırılmışlar.

Keçidlər