Şriftin ölçüsü :

Saytın rəngi :

İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

21 yanvar 2020 | 16:00

        Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov, Xocavənd Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova, ərazi icra nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon mərkəzi xəstəxanasının işçiləri və sakinlər iştirak ediblər.

          Giriş nitqi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva ölkəmizdə tətbiq olunan icbari tibbi sığortanın əhəmiyyətindən danışıb. Xocavənd Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova aparılan hazırlıq işləri haqqında məlumat verərək icbari tibbi sığorta ilə bağlı tibbi personalla mütəmadi söhbətlər apardığını, bunun ölkə səhiyyəsinin inkişafında əvəzsiz addım olduğunu diqqətə çatdırdı.
           Agentliyin əməkdaşı Elvin Abbasov iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə məlumat verib. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.

 

Keçidlər