“1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə tədbir keçirilmişdir .
30 May 2013-cü il tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə Kuropatkin kənd uşaq bağçasında bayram şənliyi keçirilmişdir. Tədbiri bağçanın müdiri Təranə Alışova giriş nitqi ilə açaraq “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü”nün Azərbaycanda qeyd edilmə tarixindən danışdı. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov bu günün əhəmiyyətini qeyd edərək bildirdi ki, 1 iyun bütün dünyada “Uşaqların Beynəlxalq Müdafiə Günü” kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğulayan R.Şirinov qeyd etdi ki, Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Çıxış edən “Xocavənd” –ictimai-siyasi qəzetinin redaktoru Gültəkin Ağayeva Azərbaycan Respublikasının 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulması bu sahədə ümumbəşəri normaların ölkəmizdə həyata keçirilməsinə zəmin yaradığını bildirdi. G.Ağayeva bu gün Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirdiyini bildirdi. Tədbir gələcəyimiz olan balaca fidanların təqdim etdiyi bədii kompozisyanın nümayişi ilə başa çatdı.