Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir

16 fevral 2020 | 16:00

       Tədbirdə məktəbin müəllim və şagirdləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, Qaradağlı kənd sakinləri iştirak ediblər. Əvvəlcə Qaradağlı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva, məktəbin direktoru İngilis Tağıyev, müharibə veteranları və faciə şahidləri çıxış edərək, Qaradağlı kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı apardığı mübarizədən, erməni silahlılarının kənddə törədikləri faciədən danışıblar. Bildirilib ki, erməni işğalçılarına qarşı mübarizədə Qaradağlı kəndinin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

       Tədbirdə məktəblilər kompozisiya ilə çıxış ediblər.

Keçidlər