Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyət başçısının növbəti səyyar qəbulu keçirilmişdir

21 fevral 2020 | 16:00

       21 fevral 2020-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyət başçısının növbəti səyyar qəbulu "Xatirə parkı"nda keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Əvvəlcə İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə bütün sahələridə əldə olunmuş uğurlar, mühüm islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, abadlıq-quruculuq və digər sahələrdə görülən işlər barədə məlumat vermişdir. Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər