“Beynəlxalq Melorasiya Günü” münasibətilə tədbir keçirilmişdir.
05 iyun 2013-cü il tarixdə Beynəlxalq Melorasiya Günü” münasibətilə” Rayon Suvarma Sistemləri idarəsində tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər çiçək dəstələri qoymuşlar. Sonra tədbir Suvarma Sistemləri idarəsində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan idarə rəisi Seyyur Nağıyev idarə əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, öz xoş arzularını bildirdi. Natiq öz çıxışında Azərbaycan Respublikasında bütün istiqamətlərdə olduğu kimi Melorasiya sahəsində də bir çox işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. İdarə rəisi təməli Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyuylmuş və bu gün də onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi Regionların Sosial İqdisadi İnkişafı üzrə dövlət proqramı nəticəsində ölkəmizin nəinki şəhər və rayonları, həmçinin qəsəbə və kəndlərində də bütün infrastruktur layihələri həyata keçirilir, əhalinin sosial problemlərinin aradan qaldırıldığını qeyd etdi. Tədbirdə çıxış edənlər peşə bayramları münasibətilə bütün melorasiya işçilərini təbrik etdilər və onlara bu çətin və şərəfli işlərində uğurlar arzuladılar.