VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!
18 mart 2020 | 16:00
Koronavirus (COVİD-19) infeksiyası qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron müraciət, videoqəbul və telefon vasitəsi ilə həyata keçiriləcəkdir. Bu məqsədlə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması üçün 18 mart 2020-ci il tarixdən etibarən qaynar xətt fəaliyyətə başlamışdır. Koronavirus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlardan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində davranmaları xahiş olunur.