Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə əməl olunması üçün zəruri tədbirlərin görülməsi təmin edilir.

29 mart 2020 | 16:00

       Xocavənd rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi təmin edilir.

         Polis orqanlarının nümayəndələri ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə İHB aparatının, inzibati ərazi nümayəndəlikləri, habelə digər qurumların nümayəndələrindən ibarət hər biri 3 nəfərdən ibarət olmaqla;
Xocavənd qəsəbəsində - 4 qrup,
320 ailəlik qəsəbədə - 2 qrup,
146 ailəlik qəsəbədə - 1qrup,
Yeni Xocavənd qəsəbəsində - 1 qrup
Yeni Tuğ qəsəbəsində - 1 qrup
Yeni Qaradağlı qəsəbəsində - 1 qrup olmaqla mobil qruplar yaradılmışdır.

      Qrupa daxil edilən hər bir məsul şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur.

Keçidlər