"Sağlamlığımız milli həmrəyliyimizdədir"
Yeni Azərbaycan Partiyası Xocavənd rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını mart ayının 27-də da davam etdiriblər. Könülüllər tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.
Vətəndaşlar da öz növbələrində Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, onları heç zaman yaddan çıxarmayan dövlətə, YAP-a fəaliyyətində uğurlar arzu ediblər.