Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xüsusi karantin rejimi günlərində aztəminatlı ailələrə kömək məqsədilə Xocavənd rayonundan olan aztəminatlı ailələrə ərzaq yardımı edib.
01 may 2020 | 16:00
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xüsusi karantin rejimi günlərində aztəminatlı ailələrə kömək məqsədilə Xocavənd rayonundan olan aztəminatlı ailələrə ərzaq yardımı edib.
AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə yerli icra hakimiyyətinin tərtib etdiyi siyahıya əsasən, aprelin 30-da 50 yardım bağlaması sosial dəstəyə ehtiyacı olan vətəndaşlara çatdırılıb. Yardım bağlamalarına - çay, qənd, şəkər tozu, düyü, bitki yağı, makaron və başqa ərzaqlar qoyulub.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.