Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov video-konfrans keçirmişdir.

09 may 2020 | 16:00

         08 may 2020-ci il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov video-konfrans keçirmişdir. Dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar və qarşıda duran vəzifələrə həsr olunmuş konfransda idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir. Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 8 may tarixinin Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın ürəyi Şuşa şəhərinin işğalı tarixi olduğunu diqqətə çatdırmış, Şuşa şəhərinin işğalı və ümumilikdə Torpaqlarımızın müdafiəsi, Vətənimizin azadlığı uğrunda şəhid olmuş bütün bacı və qardaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilmişdir.

      Konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla tələb olunan karantin rejiminin qaydalarına əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.

Keçidlər