Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd kümçüləri 2 tondan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar

18 may 2020 | 16:00

       Ötən il baramadan yaxşı gəlir əldə edən Xocavənd kümçüləri bu il də ipəkqurdu bəsləyirlər. Hədəf 2 tondan çox yaş barama tədarük etməkdir. Bu mövsüm kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb. Hazırda rayon üzrə 13 kümçü barama toxumu təhvil götürüb. Qurdların bəslənilməsi üçün rayonda əlverişli yem bazası var. Son iki ildə yerli və Çindən gətirilən 38 min tut tingi əkilib. İpəkqurdu bəslənəcək saxlanc yerləri əvvəlcədən dezinfeksiya olunub.

        Toxumların dövlət tərəfindən verilməsi və bazarının olması insanlar arasında baramaçılığa olan marağı daha da artırır.

Keçidlər