Könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir.
"Könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir. Dəyərlərimizi, işgüzarlığımızı dünya görüşümüzü, özünüinkişafımızı göstərmək, sübut etmək üçün möhtəşəm bir fürsətdir. Könüllülük sosiallaşmaq deməkdir ,paylaşmaq deməkdir, dostluq, sülh, yardımseverlik deməkdir"
Düşünürəm ki, istənilən bir ölkədə sosial, siyasi ve ya iqtisadi göstəricilərdə yüksək uğur qazanmaq üçün çox çalışmaq və geniş miqyaslı işlər görmək lazımdır. Bu gün Azərbaycan dünya ölkələri ilə müqayisədə öz sözünü demiş qabaqcıl dövlətlər sırasındadır. Bunun səbəbi isə ölkə rəhbərliyinin düzgün yürütdüyü siyasətin nəticəsidir. İşə təməldən baxmalı olsaq, Azərbaycanın əziyyətli, çətin mərhələli yollardan keçdiyini bilirik. Bu gün müstəqil olaraq dünya meydanında öz sözünü demiş bir dövlətik. Çünki Ulu Öndər Heydər Əlyevin qurduğu ve dirçəltdiyi ölkəmizin ve onun davamçısı cənab prezident İlham Əliyevin daş üstünə daş qoyaraq daha da ucalara yükslətdiyi bir dövlətdir Azərbaycan dövləti!
Bu gün dövlətimizə ,Prezidentimizə dəstək olmaq üçün biz gənclərin üzərinə düşən vəzifə isə, ölkəmizin uğrurlu işlərində əlimizdən gələni əsirgəməməkdir. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi biz gəncləri çox sevindirdi.
Sadə bir sual ortaya çıxır. Könüllülük nə deməkdir?!
Mənə görə, könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir. Dəyərlərimizi, işgüzarlığımızı dünya görüşümüzü, özünüinkişafımızı göstərmək, sübut etmək üçün möhtəşəm bir fürsətdir. Könüllülük sosiallaşmaq deməkdir ,paylaşmaq deməkdir, dostluq, sülh, yardımseverlik deməkdir.
Şərəfdir könüllülük!!! Mən də bu gözəl fəaliyyətin bir üzvü olduğum üçün çox şadam.
Könüllü olmaq tək ictimai işlə kifayətlənmir, həm də gəncliyin ruha qida verdiyi xoş anları, gözəl xatirələridir.
Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar. “ASAN xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, miqrasiya könüllüləri, diaspor könüllüləri, könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri və digər bir çox könüllülər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəal iştirak edirlər. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf ediblər. Bunun ölkə rəhbərliyi tərəfindən dəstək olunaraq bəyənilməsi gənclərə daha çox həvəs, daha çox güc verir.
Cənab Prezidentin də dediyi kimi "Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Bu il mənim Sərəncamımla “Könüllülər ili” elan edilmişdir. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq ölkədə mövcud könüllü təşkilat və hərəkatlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən “Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verildi.Hər bir Azərbaycan gəncinin borcudur ki, bu çağırışa qoşularaq könüllü fəaliyyətləri ilə bu aksiyada iştirak etsin.
Məndə bir Xocavənd gənci olaraq, dövlətimiz dövlətçiliyimiz uğrunda vəzifə borcumu yerinə yetirməyə hər zaman hazıram. Məqsədim və hədəfim isə rayonumuzu və Azərbaycanımızı layiqincə təmsil etmək, dövlətçilik ənənələrinə sadiq qalaraq bu yolda uğurla davam etməkdir. Gənc könüllü olaraq ölkə rəhbərimizin bizlərə həvalə etdiyi vəzifələrin öhdəsindən layiqincə gəlib hər zaman əlimizdən gələni etməyə hazır olmalıyıq."
Xocavənd könüllüsü Asim Rüstəm