Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətimiz “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.

21 may 2020 | 16:00

           Dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.

         Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
          Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
        Pandemiya dövründə xüsusi karantin rejiminin tədbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşdırılması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə nəzərdə tutulan 190 manat ödəmə ilə bağlı Xocavənd rayon sakinləri də müraciət etmişlər. 190 manat ödəmə ilə bağlı vətəndaşların qəbulu yalnız telefon və onlayın qaydada aparılmışdır. Onlayın qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalinda, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “ online müraciət” bölümünə daxil olmaqla işsiz və ya işaxtaran kimi ucota alinmışdırlar. Aprel ayı ərzində Xocavənd rayon Məşğulluq Mərkəzinə onlayin müraciətlərinin sayı 2021 nəfər olmuşdur onlardan 1079 nəfəri qadınlardır. Müraciət etmiş vətandaşlardan 1418 nəfərinə işsizlik statusu verilmişdir. 07.05.2020-ci il tarixə Mərkəz üzrə qeydiyatda olan vətəndaşların sayı 2335 nəfər ümmilikdə isə digər rayonlarada daxil olan müraciətlər 3075 nəfər olmuşdur. Müraciət edən vətəndaşlardan müvafiq qanunvericiliyə əsasən işsiz kimi qeydə alınan və hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) almayanlar 190 manat birdəfəlik ödəməni almışlar.

Keçidlər