Anar İbrahimov :Cənab Prezident İlham Əliyevin Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər xocavəndlilərin ürəyincə oldu.
Anar İbrahimov :Cənab Prezident İlham Əliyevin Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər xocavəndlilərin ürəyincə oldu.
Hətta uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib.
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Təəsüf hissi ilə qeyd etməliyik ki, Qondarma Dağlıq Qarabağda keçirilmiş Cənab Prezident İlham Əliyevin təəbrincə desək şou və təlxəklər tamaşasına Avropa Şurası münasibət bildirmədi. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Dünyada gedən proseslərə biganə qalan bu dırnaqarası təşkilat nədənsə Azərbaycanda sosial-iqtisadi, mədəni, ictimai-siyasi sahəhələrdə həyata keçirilən bütün islahatlara qarayaxma ilə məşğuldur. Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.
Anar İbrahimov bu gün dünyada cərayan edən proseslərə diqqət çəkərək bildirib ki, ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyən silahsız qaradərili Corc Floydun ölümünə münasibət bildirməməsi insanda bir ikrah hissi oyadır. Hanı haqq-ədalət bir günahsız əli yalın insanı irqinə görə qanun keçikçisi küçənin ortasında silahdan açılan atəşlə qətlə yetirirsə budurmu Avropa Şurasının ədaləti. Göründüyü kimi “bu ədalət carçısı” kim güclüdürsə, ondan qorxur. Həmin dövlətdə gedən proseslərə nəinki münasibət bildirir bu məsələləri görməzlikdən gəlir. Natiq Cənab Prezidentin qeyd etdiyi kimi, iki Azərbaycan vətəndaşının 2014-cü ilin iyun ayında öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən tutularaq qondarma DQR mühakimə olunmasına AŞPA-nın biganə qalmasının bir daha Azərbaycan Respublikasına qarşı ikili standarların mövcudluğundan xəbər verdiyini təəsüflə qeyd etdi. Artıq 6 il keçməsinə baxmayaraq, əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalması dünyanın gözü önündə baş verir və ən təsirlisi isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı hər hansı fikir sərgiləmirlər.