Demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri korrupsiyaya qarşı mübarizədir.
Demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri korrupsiyaya qarşı mübarizədir. Çünki korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur. Bununla yanaşı, korrupsiya cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Bir sözlə, korrupsiya dünyanı narahat edən problemlərdən biridir.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hər zaman korrupsiyaya, ruşvətxorluğa qarşı mübarizə aparılıb və son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salan korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur.
http://www.azerbaijan-news.az/…/ilham-eliyevin-mutereqqi-is…