Xocavənd ziyalıları xalqımızı cənab Prezidentin çağırışına qoşulmağa səsləyir.
Xocavənd ziyalıları xalqımızı cənab Prezidentin çağırışına qoşulmağa səsləyir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi “Mənim üçün bir mənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub” fikrinə öz münasibətimi bildirərək qeyd edirəm ki, Koronavirus pandemiyası başlanandan bəzi dünya dövlətləri bu xəstəliyə etinasız yanaşdıqları vaxtda ölkə rəhbəri çox qətiyyətli addımlar ataraq hələ fevral ayının sonlarında koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün sərəncam imzaldı.
Azərbaycan dövləti böyük məsuliyyətlə ölkə daxilində əməli addımlar atılmasına diqqəti artırdı. Xəstəxananın açılışında Prezidentimizin dediyi kimi qarşısında iki seçim var idi: ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Çünki dövlət başçısı hələ prezidentliyinin ilk illərində dediyi “Mən hər bir azərbaycanlının prezidentiyəm!” sözü özünü bugünki dövlətçilik fəaliyyətində açıq-aydın göstərdi ki, prezident doğru olaraq öz xalqının sağlamlığını birinci yerdə götürür. Tezliklə ölkəmizdə xəstəliklə mübarizə üçün xəstəxanaların tikilməsi, 20-dən artıq labaratoriyaların açılması, ölkədə 20-dən artıq xəstəxananın koronavirus xəstələrinin müalicəsinə aid edilməsi, “Yeni kilinikanın”- 500 yerlik xəstəxananın bu tezliklə mübarizə üçün yaradılması sübut edir ki, dövlət başçısı üçün əsas məsələ xalqının sağlamlığıdır. Azərbaycanda ən çətin günlərdə xaricdən alınan avadanlıqların quraşdırılması ilə Sumqayıtda tibbi maska , dezinfeksiya maddələrinin hazırlanması və həkimlərə qoruyucu geyimlərin hazırlanması üçün açılan müəssisə onun xalqına olan böyük sevgisi və qayğısıdır. DŞT-nin rəhbərliyi tərəfindən dövlətimizin virusla mübarizəsi nümunə kimi digər dövlətlərə göstərilməsi xalqımız üçün fəxarətdir.”Biz birlikdə güclüyük” devizi hamımız üçün vacibdir, biz qoyulan xüsusi karantin qaydalarına evdə, işdə lazım olan tibbi qaydalara düzgün əməl etməklə Prezidentimizin xalqına olan etimadını doğruldarıq.
Dünya dövlətlərinə görə Azərbaycanda pandemiya qurbanlarının sayı və ölüm halları çox aşağıdır.
Bu işdə bizim həkimlərimizin, tibb bacılarının zəhmətini itirməmək üçün hər birimiz bu çağrışlara qoşulmalıyıq. Ən böyük dövlətlərdə belə xəstəliyin müalicəsi üçün xəstəxanalarda yer çatmır, ancaq evdə müalicə olunurlar, amma Azərbaycanda müalicə üçün lazım olan vəsaitin ayrılması ilə hər bir müalicə tədbirləri aparılır.
Məni təsirləndirən sözlərdən biri də hər prezidentimizin xəstəxanaların açılışında həkimlərə böyük təşəkkürünü bildirməklə ayaqüstə həkimlərin şərəfinə alqışlar etməsidir. Biz dövlətimizlə birlikdə olmalıyıq. Prezidentin maraqlı bir çıxışında diqqətimi cəlb etdi: Mənə hər gün çoxlu sayda təbriklər, təşəkkürlər gəldiyi halda, erməni rəhbərliyinə çoxlu sayda lənətlə dolu məktublar gəlir, çünki onlarda koronavirusla mübarizə çox aşağı səviyyədədir, ölüm halları artır.
Mən xalqımızı prezidentimizin çağrışına, əməli fəaliyyətinə dəstək olmağa çağırıram. Əgər biz qaydalara düzgün əməl etsək, tezliklə koronavirus pandemiyasına qalib gələrik!
Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi, əməkdar müəllim Telli Alıyeva.