Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.

14 iyun 2020 | 16:00

     Xocavənddə kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.


    Xocavənddə 2019-2020-ci təsərrüfat ilində 8623 hektardan artıq sahədə payızlıq əkin aparılıb, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib. Artıq 10 gündür ki, rayonda taxıl biçininə start verilib. Taxıl biçininin vaxtında, itkisiz və qısa müddətdə aparılması üçün 15-dən artıq taxılyığan kombayn prossesə cəlb olunmaqla, ilk əvvəl arpa sahələri və düşmənlə təmas xəttinə yaxın olan ərazilərdə biçin işləri həyata keçirilmişdir. Bu günə kimi 1599 hektar sahədə taxıl biçini aparılıb ki, bunun da 649 hektarı arpa ( 1233 t),  950 hektarı isə buğdadır( 1710 t).  Havaların yağıntısız, quraq keçməsi biçin mövsümünün vaxtında və itkisiz başa çatdırılmasına imkan verəcəkdir.

 

Keçidlər