9 dekabr 2022-ci il tarixdə Gender əsaslı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa keçirilib.
09 dekabr 2022 | 09:54
Gender əsaslı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa keçirilib.
9 dekabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan başçının müavini Əfsanə Quliyeva bildirdi ki, tədbirin əsas məqsədi qadınlara qarşı hər hansı zorakılığın qarşısının alınması və bununla bağlı maarifləndirmə işinin aparılmasıdır. Bəzi hallarda qadınlar onlara qarşı edilən zorakılıq hallarını gizli saxlayırlar. Bu da hadisənin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur. Qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin, ən əsası isə qadınların mariflənməsi çox vacibdir.
"Sülh uğrunda gənc məcburi köçkün qadınların təşəbbüsü qrupu" nun rəhbəri Leyla Cahangirova çıxış edərək hər kəsi qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutmağa, qadın və qızlara qarşı zorakılığa son qoymağa çağırdı.Bildirdi ki, zorakılıqla mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə həssas olmalı, hər hansı bir zorakılıqla qarşılaşdıqda susmamalı,səylərimizi birləşdirməliyik. Zorakılıq halları ilə qarşılaşdığımız zaman çəkinmədən aidiyyatı orqanlara müraciət etməliyik.
Tədbir qadınlarla qarşılıqlı müzakirə şəklində davam etdi.