Şriftin ölçüsü :

Saytın rəngi :

9 dekabr 2022-ci il tarixdə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Heydər Əliyev irsinin təbliği məqsədilə maarifləndirmə tədbiri keçirilib.

09 dekabr 2022 | 12:10
   İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Heydər Əliyev irsinin təbliği məqsədilə maarifləndirmə tədbiri keçirilib.
  9 dekabr 2022-ci il tarixdə Xocavənd Rayon Suvarma Sistemləri İdarəsində “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir" adlı maarifləndirmə tədbiri keçirilmişdir. Ulu Öndərin və Şəhidlərimizin əbədi xatirisəsinə ehtiram əlaməti olaraq bir dəqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Xocavənd Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev açaraq tədbir iştirakçılarını salamlayıb, Ulu Öndər Heydər Əliyev haqda ətraflə məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
  Sonra söz Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Asim Rüstəmə verilib. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyev 1969-1982-ci illərdə və Siyasi Büronun üzvü olduğu dövrdə, eləcə də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan mədəniyyətinə daim hamilik etdiyini bildirib. Asim Rüstəm qeyd edib ki, Heydər Əliyev Azərbaycan mədəniyyəti tarixinin dərin bilicisi olmuşdur. Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən A. Rüstəm eyni zamanda Vətən müharibəsində qazanılmış böyük Qələbə Heydər Əliyev ideologiyasının təntənəsidir. “Azərbaycan dünyaya günəş kimi doğacaq!”, söyləyərək bəşəriyyətə səslənən dahi Heydər Əliyev ölkəmizin xoşbəxt gələcəyinə inanır və yaxın gələcəkdə ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi. Ona görə də nəticə etibarı ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir deyə çıxışını davam etdirmişdir. Tədbirin sonunda Rayon Suvarma Sistemləri İdarəsinin işçilərinin çıxışları dinlənilmişdir.
Keçidlər