Şriftin ölçüsü :

Saytın rəngi :

9 dekabr 2022-ci il tarixdə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir.

09 dekabr 2022 | 10:25
   “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir.
   9 dekabr 2022-ci il tarixdə 146 ailəlik Xocavənd qəsəbəsi Qaradağlı kənd tam orta məktəbində Xocavənd Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatçlığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Beyləqan rayonu Qarallar kənd məscidinin dini icmasının sədri, imam və vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, həmin məktəbin müəllimləri və şagirdləri iştirak etmişdir. Tədbirdə öncə torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş vətən övladlarının əiz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov qonaqları və tədbir iştirakçılarını salamlamış və xoş arzularını bildirmişdir. Natiq çıxışında qeyd etmişdir ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Gənclərimizin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilmələri, onların vətənpərvər gənclər kimi formalaşmaları olduqca əhəmiyyətlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirdiyini bildirdi. E.İbrahimov Ulu Öndərin milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab etdiyini qeyd etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ulu Öndər bu sahədə inqilabi addımların atılmasına zəmin yaradıb. Nati qeyd etmişdir ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqının bu dəyərləri sədaqətlə qorumağından, qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin mühafizə olunmasının əhəmiyyətindən bəhs etmişdir. Beyləqan rayonu Qarallar kənd məscidinin dini icmasının sədri, imam və vətən müharibəsi iştirakçısı Səbuhi İbadov çıxışındaümummilli lider Heydər Əliyevin hər bir sahədə olduğu kimi, dini ibadətgahların və abidələrin bərpası, onların yenidən inşası istiqamətində gördüyü işlər barədə məlumat vermişdir. İmam ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlərin müstəsna rolu olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu xatırladan Səbuhi İbadov, vətənimizdə dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşıldığını bildirmişdir. Digər çıxış edən natiqlər milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd üdiblər. Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər