Şriftin ölçüsü :

Saytın rəngi :

9 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.

09 fevral 2024 | 16:59
   Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  9 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 07 fevral 2024-cü il tarixdə ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində fəal iştirak etdiklərinə görə rayon sakinlərinə öz minnətdarlığını bildirib. Başçı qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda bir neçə azad, demokratik şəffaf seçkilər keçirilmiş və xalqımız öz iradəsini ortaya qoymuşdur. Ancaq 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkiləri millətimiz və dövlətimiz üçün xüsusi əhəmiyyətə malikdir. Ona görə xüsusi əhəmiyyətə malikdir ki, Zəfər seçkisində ilk dəfə olaraq, Azərbaycan bayrağı dalğanan Şuşada, Xankəndidə Xocavənddə, Xocalıda, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Ağdamda seçicilərimiz öz layiqli liderlərinə səs verdilər. Süveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində müqəddəs bayrağımız altında keçirilən seçkilər hər birimizdə qürurlu anlar yaşatdı.
  Eyvaz Hüseynov bildirib ki, 2003-cü ildən etibarən ölkədə həyata keçirilən sistemli islahatlar xalqın həyatını köklü şəkildə dəyişmişdir. Bu müddət ərzində aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir çox beynəlxalq sənədlərdə öz əksini tapmışdı. Nəhayət 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativsiz lider etmişdi. Bu qədər böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev nəinki ölkə daxilində, həm də dünya liderləri arasında ən çox sevilən və rəğbət bəslənilən dövlət başçılarından biridir. Ona görə də xalq indi də, gələcəkdə də onu və onun irəli sürdüyü bütün ideya və təşəbbüsləri böyük mütəşəkkilliklə dəstəkləyəcək.
  Sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər