9 yanvar 2024-cü il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
09 yanvar 2024 | 09:43
9 yanvar 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə düşmənə qarşı keçirilmiş döyüş əməliyyatları Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Silahlı Qüvvələrimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Eyvaz Hüseynov ötən ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Başçı Böyük qayıdış planına uyğun olaraq Xocavənd rayonu ərazisində geniş yenidənqurma və bərpa işlərinə başlanıldığını və cari ildə Xocavəndli məcburi köçkünlərin bir hissəsinin öz doğma torpaqlarına qayıdacaqlarını bildirib. Natiq ötən ilin sentyabr ayının 19-20-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş lokal xarakterli antiterror əməliyyatları barədə danışaraq qeyd edib ki, cəmi 24 saat ərzində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi - erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular və ölkəmizin suverenliyi tam bərpa edildi. Düşmən Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduğunu etiraf etməli oldu. Başçı bildirib ki, 2023-cü ildə baş verən son hadisələr bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş istənilən cinayətlərdə iştirak edən erməni terrorçularının Azərbaycan qanunları qarşısında cavab vermələri üçün bütün səylərini ortaya qoydu və bu qətiyyətin məntiqi nəticəsi kimi həmin terrorçular hüquq mühafizə orqanlarımız tərəfindən istintaqa cəlb olunublar. Eyvaz Hüseynov, işğaldan azad olunmuş ərazilərdə sürətlə davam etdirilən tikinti bərpa işlərindən də danışaraq qeyd edib ki, qısa zaman kəsiyində artıq Füzuli və Laçın şəhərinə eləcə də bir sıra kəndlərə məcburi köçkünlərin köçürülməsi təmin olunmuşdur. Bu prosesin 2024-cü ildə daha da sürətlənəcəyini bildirinən başçı, tezliklə bütün məcburi köçkünlərin oz doğma torpaqlarına qayıdaraq, orada əbədi olararq əminmanlıq şəraitində yaşayacaqlarına əminliyini ifadə etmişdir.
Sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.