Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatının təşkilatçılığı ilə “Məcburi köçkün gənclərinin ictimai fəallığının artırılması mövzusunda” seminar keçirilmişdir.
05 iyul 2013 | 15:00
04 iyul 2013-cü il tarixdə “Xocavənd” qəsəbəsi Rayon Mədəniyyət Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatının təşkilatçılığı ilə “Məcburi köçkün gənclərinin ictimai fəallığının artırılması mövzusunda” seminar keçirilmişdir. 80 nəfər gəncin qatıldığı tədbirdə Dövlətin gənclər siyasətindən və müasir gəncliyin problemlərindən ətraflı söhbət aparılmışdır. Tədbirdə çıxış edən gənclər daima Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmışlar.