Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc xilasedici və yanğınsöndürən” yarışının qaliblərinin təltif edilməsi məqsədilə keçirilmiş tədbir

11 iyul 2013 | 15:00

10 iyul 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona və Respublika mərhələləri  qaliblərinin təltif olunma mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov turnirdə qalib gəlmiş iştirakçıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulamışdır. Tədbirin sonunda yarışın qaliblərinə İcra Hakimiyyəti tərəfindən diplom və qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.  

Keçidlər