Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz xocavəndlilər və dəyərli səhifə izləyicilərimiz.

18 iyun 2020 | 16:00

  

   Əziz xocavəndlilər və dəyərli səhifə izləyicilərimiz.

   Koronavirus infeksiyasının (COVİD-19) Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

   Bununla əlaqədar, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən Xocavənd RİH başçısı yanında Operativ Qərrgah tərəfindən görülən tədbirlərin gücləndirilməsinə qərar verilmişdir.

   Artıq mütamadi olaraq mobil qruplar tərəfindən Polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılacaq, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcəkdir.

   Nəzərinizı çatdırırıq ki, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə etmək vacibdir.

Keçidlər