Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yollar tikintisi barədə məlumatlandırma kampaniyasına başlayıb.

18 iyun 2020 | 16:00

   ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yollar tikintisi barədə məlumatlandırma kampaniyasına başlayıb.

   Bununla əlaqədar Amerika qanunvericilərinə, Tramp administrasiyasına və kütləvi informasiya vasitələrinə müraciət göndərilib. Müraciətdə deyilir ki, Ermənistan sülh danışıqlarını pozmaqda davam edir və beynəlxalq hüququn əsas prinsiplərinə riayət etmək barədə beynəlxalq birliyin çağırışlarına etinasızlıq göstərir. Qeyd olunur ki, Paşinyan administrasiyası bu yaxınlarda Ermənistanı Azərbaycanın işğal edilmiş əraziləri ilə birləşdirən üçüncü (işğal edilmiş Laçın və Kəlbəcərə çəkilmiş yollardan sonra) yol çəkiləcəyini elan edib. Ermənistanın hakimiyyət orqanları işğal altında olan Qubadlı və Cəbrayıldan keçməklə Qafanı işğal altında olan Hadrut şəhəri ilə birləşdirmək niyyətindədirlər.

   https://azertag.az/…/ABS_Azerbaycanlilar_Sebekesi_Amerika_i…

Keçidlər