“2013-cü ilin altı ayı ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının “2013-cü ilin altı ayı ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir. 22 iyul 2013-cü il tarixdə Yeni Xocavənd qəsəbəsi Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasında “2013-cü ilin altı ayı ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barəsində Rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar toplantı keçirilmişdir. Toplantıda rayon idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Toplantını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 2013-cü ilin altı ayı ərzində görülmüş işlər barəsində ətraflı məlumat verdi. Daha sonra çıxış edən Başçının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rafael Mustafayev , Xocavənd Rayon Maliyyə Şöbəsinin müdiri Fəyyaz Azadov və Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baris Alışov görülmüş işlər barədə ətraflı məlumat verdilər.