Xocavənd rayonunda vətənpərvərlik mövzusunda növbəti sənədli filmin təqdimatı olmuşdur.
27 avqust 2013-cü il tarixdə Xocavənd rayonunda “HEÇ KİM UNUDULMUR , HEÇ NƏ YADDAN ÇIXMIR”! sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan film Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən və canlarını müqəddəs vətən torpaqları uğrunda fəda etmiş Ağdaş rayonundan olan həmvətənlərimizin əziz xatirəsinə həsr olunur.
Filmin hazırlanmasında əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı və ən əsası qəhrəman vətən övladlarının əməlləri qarşısında olan böyük ehtiram borcunun kicik bir hissəsidir. Eyni zamnda bu gün bütün Xalqımız kimi, hər bir Xocavəndli də müqəddəs torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüzün toxunulmazlığı uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş, bu yolda canından və qanından keçmiş igid oğulları ilə hər zaman fəxr edir, onların xatirəsini daim uca tutur, ehtiramla yad edirlər. Filimdə də qeyd olunduğu kimi, şəhidlər uca yaradanın, vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu gün Vətənimizin hər bir guşəsindəki şəhid məzarı and yerimiz qürur mənbəyimiz və ən nəhayyət gələcək nəsillərimiz üçün mübarizə məktəbidir.
Qeyd etmək lazımdır ki, doğma Qarabağımızın qədim tarixi, zəngin mədəniyyəti və memarlıq nümunələrinin təbliğ olunması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsil həqiqətlərin, xalqımızın yaşamış olduğub faciə və soyqrımların ölkə, eləcə də dünya ictimaiyyətinə olduğu kimi çatdırılması yönümündə Xocavənd rayonunda mütəmadi olaraq işlər aparılır, müxtəlif tədbirlərin keçirilməsi ilə yanaşı silsilə filmlər çəkilir, onların digər dillərə tərcümə olunmaları təmin edilir. ““HEÇ KİM UNUDULMUR , HEÇ NƏ YADDAN ÇIXMIR” sənədli filmi də həmin silsilənin bir davamıdır.
Təqdimat mərasimində Xocavənd və Ağdaş rayonunlarından olan müharibə veteranları, əlillər, şəhid ailələri, rayon ictimaiyyəti və gənclər iştirak edirdilər.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Ağdaş rayon müharibə veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin sədri İsmayıl Xudiyev, Xocavənd batalyonunun sabiq komandiri Əbülfət Hüseynov, birinci qrup müharibə əlili Ağdaş rayon sakini şəhid ailəsi Nazim Müzəffərov çıxış edərək təklif və təəsüratlarını bölüşdülər.