“2013-cü il Azərbaycan Respublikası Prerzidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir.
03 sentyabr 2013-cü il tarixdə “Xocavənd” qəsəbəsi Rayon Mədəniyyət Evində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2013-cü il Azərbaycan Respublikası Prerzidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatının sədri Vüqar Qədirov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin qatıldığı tədbirdə 180 nəfər rayon sakini iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Tədbiri giriş nitqi ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev Azərbaycanda son illər aparılan uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmizin regionun və dünyanın ən qabaqcıl dövlətlərindən biri olduğunu qeyd etdi. Aparılan siyasətin əsas leytimotivinin gənclər olduğunu vurğulayan Aslan Quliyev gəncləri “2013-cü il Azərbaycan Respublikası Prerzidentinin seçkiləri”də aktiv olmağa dəvət etdi. Çıxış edən YAP-nın Xocavənd Rayon təşkilatının Qadınlar Şurasının sədri Əfsanə Quliyeva “2013-cü il Azərbaycan Respublikası Prerzidentinin seçkiləri”də Xocavənd sakinlərinin sabitliyə, inkişafa, əmin-amanlığa, iqtisadi inkişafa –Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirdi. Daha sonra çıxış edən Qarabağ QHT Koalisiyasının və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatının sədri Vüqar Qədirov bu ilki seçkilərin əhəmiyyətindən və ölkəmizin dünya siyasi arenasında oynadığı rol barədə fikirlərini tədbir iştirakçılarına çatdırdı. Çıxış edən Başçının müavini– İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov Azərbaycanın bu günkü iqtisadi-sosial inkişafına diqqət çəkərək bu vəziyyətin bəzi dövlətlərin marağında olmaması səbəbindən seçkiləri pozmağa cəhdlər edə biləcəklərini diqqətə çatdırdı. Buna baxmayaraq seçkilərin tam demokratik şəraitdə keçiriləcəyini qeyd etdi. Bu il ilk dəfə səs verəcək seçicilərin maarifləndirilməsini özündə ehtiva edən seminarın yekdil məramı seçkilərdə bütün vətəndaşların aktiv iştirak etməsi bununlada öz konistision hüquqlarını icra etməsi olmuşdur.