Şriftin ölçüsü :

Saytın rəngi :

Anar Əmrahov: "Ali Baş Komandan İlham Əliyevin bu çıxışı bizdə ordumuza qarşı inamı daha da artırdı

28 iyun 2020 | 16:00

  Anar Əmrahov: "Ali Baş Komandan İlham Əliyevin bu çıxışı bizdə ordumuza qarşı inamı daha da artırdı.

  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərindən biri də Milli Ordunun təşkili idi.Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da,Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu quruculuğu prosesi dayanmış,Ulu Öndər Heydər Əliyevin 1969- cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 1971- ci ildə yaradılan C.Naxçıvanski adına hərbi liseyi və Naxçıvan Muxtar Respublikasında yaradılan Heydər Əliyev adına hərbi liseyi ötən illər ərzində minlərlə hərbi kadrlar yetişdirmişdir. XX əsrin sonlarında Azərbaycan müstəqilliyinin ilk günlərində mürəkkəb sosialiqtisadi,ictimai-siyasi vəziyyətlə üzləşdi.Bu eyni zamanda özünü ordu sahəsində də göstərdi.Vahid komandanlığın olmaması ucbatından silahlı birləşmələr müxtəlif qrupların əlində cəmlənmişdi.Bunun nəticəsi idi ki, Dağlıq Qarabağda erməni təcavüzü genişlənmiş,torpaqlarımızın 20%-dən artıq hissəsi ermənilər tərəfindən işğal edilmişdir.

 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni mərhələ başladı.1994-cü ildə mayın 12-də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Ulu öndərin 1998-ci il may ayının 22- də imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general S.Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün,26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcədə Milli təhlükəsizlik siyasəti ilə başladığı işlər, onun siyasi kursunun laiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.Prezidentin göstərişi ilə bütün hərbi hissələr, hərbi şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur.Hərbi hissələrin 90 % -də tikinti-bərpa və yenidənqurma işləri aparılmışdır.Bu gün Azərbaycan ordusunun malik olduğu silah və texnikanın 80%- dən çoxu yenilənib, ordumuz ən müasir silahlarla, hərbi sursatlarla, zirehli texnikalarla, zenit raket qurğuları ilə, hərbi hava qüvvələri ilə təchiz olunub.Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
  Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə şəxsi heyyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunmuşdur. İllərlə orduda laiqli və qüsursuz xidmət göstərmiş zabitlər mənzillərlə təmin olunmuş, hərbi qulluqçuların əməkhaqları müntəzəm olaraq artırılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən ordumuzun gücü 2016-cı il aprel ayında bir daha təsdiq olundu.Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən dördgünlük müharibədə Azərbaycan silahlı qüvvələri qələbə qazanmış,Tərtər rayonunun strateji əhəmiyyətli yüksəklikləri və Seysulan kəndi,Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı,Goranboy rayonun Gülüstan kəndi,Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
  2020-ci il iyun ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Mingəçevir şəhərinə səfər etmişdir.Prezident Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında iştirak etmiş,qərargah binasında yaradılan şəraitlə tanış olmuşdur. Hərbi hissə ilə tanışlıqdan sonra prezident İlham Əliyev hərbiçilərlə görüşmüş,nitqində bildirmişdir ki,”Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır.Bunu Azərbaycan xalqı bilir,görür.Bu gün Azərbaycan ordusu dünyada 50 ən güclü ordu sırasındadır.Biz bunu yorulmaz fəaliyyətimiz nəticəsində əldə etmişik.Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.”
  Ali baş komandan İlham Əliyevin bu çıxışı bizdə ordumuza qarşı inamı daha da artırdı. İnanırıq ki,Azərbaycan dövləti,Azərbaycan xalqı,yenilməz ordumuzun gücü sayəsində işğalçı Ermənistan hökumətinin zəbt etdiyi torpaqları mütləq azad edəcəkdir.

Keçidlər