İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
Bbərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olunan, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.
Bu qapılar sonuncu dəfə 1956-1957-ci illərdə təmir edilib. Mütəxəssislərin 2 il əvvəl apardığı müşahidələrin nəticəsinə əsasən abidədə həm daxildən, həm də xarici tərəfdən çatlar, deformasiyalar aşkar olunub. Qoşa Qala qapılarının və qala divarlarının Əziz Əliyev küçəsinə bitişik hissəsinin bərpa və möhkəmləndirmə işləri 2018-2019-cu illərdə həyata keçirilib. Görülən işlər nəticəsində bu qapıların tağlı keçidlərinin hörgüsü möhkəmləndirilib, gözətçi qülləsinə qalxan yollar və pillələr, qala divarının bu hissədən keçən “əsgər yolu” bərpa edilib.
Dövlətimizin başçısına və birinci xanıma “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən və gələn il icra olunacaq işlər barədə məlumat verildi.
Bildirildi ki, burada uşaq əyləncə və idman meydançası yaradılıb. İçərişəhərdə XV əsr abidəsi olan "Buxara" karvansarasına bitişik ərazidə yardımçı sahə kimi istifadə edilən binada "Sənət və sənətkarlıq" adlı ənənəvi sənət mərkəzinin yaradılması planlaşdırılır. Paytaxtda ilk olaraq belə bir mərkəzin yaradılmasında məqsəd Azərbaycanda yaşayıb-yaradan çox sayda istedadlı sənətkarı bir araya gətirərək, onların əl işlərinin satışı və sərgilənməsi, ustad dərslərinin keçirilməsi üçün vahid məkanın qurulmasıdır. Bundan başqa, “İçərişəhər” sərgi qalereyasının da yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya 2018-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "İstedArt" layihəsi barədə də məlumat verildi.
Qeyd edildi ki, layihə Bakı şəhərində, eləcə də ətraf qəsəbə və kəndlərdə yerləşən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 10 internat məktəbini və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin uşaq və yeniyetmələrini əhatə edir. İndiyədək layihədə 154 istedadlı uşaq və yeniyetmə iştirak edib. İndi layihənin 5-ci mövsümünə hazırlıq gedir. Növbəti mərhələyə 23 uşaq cəlb edilib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxdılar.
Məlumat verildi ki, hamamın konservasiya-bərpa işləri iki il ərzində həyata keçirilib. Burada aparılan işlər zamanı xeyli sayda arxeoloji tapıntı da üzə çıxıb. Hamamda ümumilikdə 85 artefakt aşkarlanıb. Bütün Şərq hamamlarında olduğu kimi, temperatur rejiminin saxlanılması məqsədilə bu hamamın da yarısı yerin altında, yarısı isə üstündə inşa olunub. Buna görə də hamamın içi qışda isti, yayda isə sərin olurdu. Hər bir hamamda olduğu kimi, bu hamamın da qazanxana binası var.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qazanxana binasına baxdılar.
Qeyd edək ki, burada ən maraqlı məqamlardan biri də yeraltı yolların olmasıdır. Ümumilikdə, İçərişəhərdə bir neçə hamam olub. Onların arasında Şirvanşahların sarayı, Qasım bəy, Hacı Bani, Yeraltı, Ağa Mikayıl və Ağa Zeynal hamamları İçərişəhərdə bu günədək qorunan tarixi abidələrdir.
İçərişəhərdə XVII-XVIII əsrə aid Bakı Xanlarının Evi və ya Bakı Xan Sarayı Kompleksi də Qoşa Qala qapılarının yaxınlığında yerləşir. Kompleksdən xanlığın sonrakı hakimləri tərəfindən 1806-cı ilədək iqamətgah kimi istifadə olunub. Onun tərkibinə yaşayış binaları, Xan bağı, Yeraltı hamam, Orta əsrə aid ovdan, dulusçuluq emalatxanasının qalıqları, suarıtma sistemi, Xan məscidi daxildir. Burada bərpa və konservasiya, həmçinin abadlıq işlərinə 2018-ci ilin sentyabrından başlanılıb.
Ərazidə “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, Kitab evi və milli yeməklərin təqdim olunduğu kafe də var.
Bakı Xan Sarayı Kompleksinin ətraf ərazisində gözəl park salınıb. Bu park şübhəsiz ki, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli istirahət məkanlarından biri olacaq.
Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Burada qədim Bakının tarixi müasir, dinamik və rəqəmsal formada canlandırılaraq geniş ziyarətçi kütləsinə nümayiş olunacaq. Muzeydə audiobələdçilər, virtual reallıq texnologiyasının imkanlarından istifadə olunmaqla ayrı-ayrı mövzular üzrə ayrılmış otaqlarda tarixi keçmişi əks etdirən bədii-tarixi və animasiya filmləri təqdim ediləcək. Hazırda layihə üzrə işlər davam etdirilir və onun açılışı 2020-ci ilin sonuna planlaşdırılır. Burada aparılan işlər “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir.
Bakı Xan Sarayı Kompleksinin bir hissəsi olan Xan məscidinin binası İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin istifadəsinə verilib. Mərkəz 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Mərkəzin binasında keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq kimi 4 fərqli dekorativ tətbiqi sənət növünü özündə birləşdirən “DASTAN” milli brendinin yeni şourumu və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən ustad dərslərinin keçirilməsi, əl işlərinin satışı və sərgilənməsi üçün vahid məkan yaradılıb.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.