Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya qarşı Mübarizə Gününə həsr olunmuş online tədbir keçirilib.

02 iyul 2020 | 16:00

  "Bu gün narkomaniya bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına, çevrilən təhlükə mənbəyidir" bu sözləri Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov videokonfrans zamanı bildirib
   Narkomaniyaya qarşı Mübarizə Gününə həsr olunmuş online tədbir keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  bildirmişdir ki, BMT Baş  Assambleyası 1987-ci ildə narkomaniya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədi ilə iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü elan edib. Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir. Başçı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək bildirmişdir ki, bu gün işğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır ki, bu da dünyanın bütün sivil ölkələrini düşündürməlidir. Çünki, bölgədə narkotiklərin kök salması, təkcə ölkə və region üçün deyil, həm də digər dövlətlər üçün gələcəkdə qarşısı alınmaz qüvvəyə çevrilə bilər. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan başçı belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.
  Videokonfrans zamanı Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynov  bildirmişdir ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Rəis bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsədin yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsi olduğunu qeyd etmişdir.

Keçidlər