Şriftin ölçüsü :

Saytın rəngi :

16 sentyabr 2013-cü il tarixdə “Xocavənd” qəsəbəsi Salakətin kənd tam orta məktəbində Yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir.

17 sentyabr 2013 | 15:00

       16 sentyabr 2013-cü il tarixdə “Xocavənd” qəsəbəsi Salakətin kənd tam orta məktəbində Yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir. Müəllim, şagird və valideyinlərin qatıldığı tədbirdə həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəmziyyə Aslanova tədbir iştirakçılarını salamlayaraq onlara öz səmimi arzularını bildirmişdir.  Direktor həmçinin məktəbin ötən illərdə qazandığı uğurlardan söhbət açmışdır. Tədbirdə çıxış edən məktəbin müəllimləri  şagirdləri təbrik etmiş və onlara gələcək dərslərində yeni-yeni nailiyyətlər arzulamışlar. Tədbirə qonaq qismində qatılmış valideyinlər də məktəbə yenicə qəbul olunmuş birinciləri təbrik edərək, onlara dərslərində uğurlar arzulamışlar.  Sonra tədbirdə çıxış edən  Rayon İcra Hakimyyətinin başçısı Eyvaz Hüseynov ilk öncə müəllimləri, valideyinləri və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Həmçinin cənab Eyvaz Hüseynov ötən tədris ilində  məktəbi uğurla bitirərək ali məktəblərə qəbul olmuş məktəb məzunlarını və onların valideyinlərini də təbrik etmişdir. İlk dərs günü ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən respublika ərazisində fəaliyyyət göstərən bütün ümumtəhsil müəssisələrində olduğu kimi Salakətin kənd tam orta məktəbinin V-XI siniflərində də ilk dərs “Mənim Vətənim - doğma yurdum” mövzusunda keçirilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısı da şagirdlərin ilk dərsləri ilə tanış olmuş və onlara paylanmış “Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı” adlı kitabla tanış olmuşdur. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzularında şerlər səsləndirilmişdir.

Keçidlər