Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xarici siyasətində ərazi bütövlüyünün bərpası və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas prioritetdir

03 iyul 2020 | 16:00

 

   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın xarici siyasətində ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas prioritet istiqamətdir” sərlövhəli məqaləsi

  https://azertag.az/xeber/Azerbaycanin_xarici_siyasetinde_erazi_butovluyunun_berpasi_ve_Qarabag_heqiqetlerinin_dunyaya_chatdirilmasi_esas_prioritetdir-1527825

Keçidlər