20 sentyabr 2013-cü il tarixdə “Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Cənab İlham Əliyevin təbliğat və təşviqat kompaniyası” ilə əlaqədar tədbir keçirilmişdir.
20.09.2013-cü il tarixdə Xocavənd rayon, Xocavənd qəsəbəsi, Mərkəzi Rayon Xəstəxanasında Yap Xocavənd Rayon təşkilatının dəstəyi ilə “Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Cənab İlham Əliyevin təbliğat və təşviqat kompaniyası” ilə əlaqədar tədbir keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin, həmçinin 81 saylı Seçki dairəsindən Milli Məclisə üzv seçilmiş Millət Vəkili, İqdisad elmləri doktoru – Professor Ayaz İsmayıl oğlu Orucovun, Yap Beyləqan rayon təşkilatı idarə heyətinin üzvü, Yap Mərkəzi Aparatı tərəfindən məsləhət görülmüş təşviqatçı Səfər Musa oğlu Məmmədovun və Azərbaycan Tibb Universitetinin kafedra müdiri, Tibb elmləri doktoru – Professor Yavər Xanhüseyin oğlu Vəliyevin iştirakı ilə keçirilmiş tədbirdə 200 nəfər iştirak etmişdir. Tədbirdə Çıxış edən ziyalılar Azərbaycn dövlətinin dinamik inkişafından və dünya dövlətləri sırasında öncül yerlərdən birini tutuğunu bir daha iştirakçıların diqqətinə çatırmışlar. Son 10 ildə Ölkəmizdə bütün sahələrdə əldə olunmuş nailiyyətlərin məhz Cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi olduğunu bir daha vurğulamışlar və 2013-cü il oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seeçkilərində əhalini fəal olmağa və YAP-n layiqli namizədi Cənab İlham Əliyevə səs verməyə çağırmışlar.