Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərə sertifikat təqdim edilmişdir

09 iyul 2020 | 16:00

          Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər. Xocavənd rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına qoşulmuş, tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.
Xocavənd könüllüləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına qoşulublar.
        Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına qoşulan Xocavənd könüllüləri "Dəstək olaq" sosial layihəsi çərçivəsində Beyləqan rayon ərazisində salınmış qəsəbələrdə yaşayan şəhid ailələri, aztəminatlı ailələr, tənha yaşayanlara müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.
Başçı 2 aylıq könüllü fəaliyyəti başa vuran könüllüləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özülərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
         Könüllülər çıxış edərək Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirdilər, bu təcrübənin onların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər.

Keçidlər