Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçı yanında Operativ Qərargahın iclası keçirilib.⠀

14 iyul 2020 | 16:00

        Keçirilən müşavirənin məqsədi Koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.⠀
İclası giriş sözü ilə açan Eyvaz Hüseynov Ermənistan hərbi birləşmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribat hücumundan bəhs etmiş, Şəhid olanların ailələrinə başsağlığı vermiş, Şəhidlərimizin xatirəsi 1 dəqiqlik sükutla yad edilmişdir. Bildirmişdir ki, düşmənin təxribatının qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı. Həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu və ağır itkilərə məruz qaldı. Yayılan videolar və görüntülər Azərbaycan Ordusunun düşmən təxribatına verdiyi adekvat cavabın Ermənistana baha başa gəldiyini təsdiqləyir.
      Qərargahın iclasında İcra Hakimiyyətinin başçısı Xocavənd rayonu ərazisində karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar ⁣ ciddi tapşırıqlar verib. Bütün yaşayış məntəqələrində sanitar-epidemioloji normalara şərtsiz əməl olunmasını və yerli qurumların əməkdaşlarının iş prosesində zəruri qoruyucu mühafizə vasitələrindən istifadə etmələrini diqqətə çatdırılıb. İcra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi tapşırıb.

Keçidlər