Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir.

21 yanvar 2025 | 17:41

21 yanvar 2025-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.

Keçidlər