Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir

19 iyun 2026 | 17:48
Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
19 iyun 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon sakinləri və İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, son bir ay ərzində ölkəmizin daxili inkişafı, xarici siyasi əlaqələrinin gücləndirilməsi, regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq platformalarının genişləndirilməsi baxımından mühüm addımlar atılmış, dövlət başçısı tərəfindən yüksək səviyyəli rəsmi görüşlər keçirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan ali səviyyəli qəbullar və dialoqlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunu və strateji rolunu bir daha bariz şəkildə nümayiş etdirir. Dövlət başçısının intensiv işgüzar fəaliyyəti çərçivəsində ölkəmizə səfər edən xarici ölkələrin xüsusi nümayəndə heyətləri, o cümlədən BMT Baş katibinin müavini, Slovakiya Baş nazirinin müavini, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü və digər diplomatik korpus təmsilçiləri ilə görüşlər təşkil olunmuş, ikitərəfli siyasi münasibətlərin cari vəziyyəti ətraflı müzakirə edilmişdir. Bununla yanaşı, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında ölkəmizin investisiya mühitinin cəlbediciliyi önə çəkilmiş, transmilli layihələrin potensialı diqqət mərkəzində saxlanılmışdır. Həmçinin regional platformalar çərçivəsində cənab Prezident Avropa Siyasi Birliyinin VIII Sammitinə videoformatda qoşularaq ölkəmizin sülh gündəliyinə sadiqliyini və regional kommunikasiyaların açılmasının faydalarını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. İqtisadiyyat sahəsində isə daxili aqrar potensialın gücləndirilməsi məqsədilə dövlət başçısının sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş respublika müşavirəsi keçirilmiş, torpaqlardan və su ehtiyatlarından səmərəli istifadə barədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına konkret tapşırıqlar verilmişdir. Yekun olaraq qeyd edilmişdir ki, möhtərəm Prezidentimizin keçirdiyi çoxşaxəli görüşlər, qəbullar və daxili islahatlar ölkəmizin milli maraqlarının qorunmasına və Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Qəbulda xüsusilə vurğulanmışdır ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "Böyük Qayıdış" proqramı uğurla icra olunur. Dövlət başçısının azad edilmiş ərazilərə intensiv səfərləri çərçivəsində Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin, Xankəndidə isə Mədəniyyət Mərkəzinin və iş əlcəkləri istehsalı müəssisəsinin açılışları reallaşdırılmışdır. Həmçinin cənab Prezident Şuşanın Böyük Qaladərəsi kəndində aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olmuş, kənd sakinləri ilə səmimi görüşlər keçirmişdir. Diqqətə çatdırılmışdır ki, Xocavənd rayonu istiqamətində də köçürülmə prosesi dinamik şəkildə davam edir və 2025-ci ilin oktyabr ayından bu günədək Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə ümumilikdə 838 ailə, yəni 3441 nəfər sakin öz doğma yurd-yuvalarına qayıtmışdır.
Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər