Abşeron rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir
24 iyul 2024 | 10:22
Abşeron rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
24 iyul 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Abşeron rayonu Saray qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirdi.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri və Saray qəsəbəsində məskunlaşan rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iyulun 20-də Şuşa şəhərində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundan bəhs edərək qeyd etdi ki, bu gün dünyada gedən siyasi proseslər göstərir ki. hələ də bəzi siyasi güclər, xüsusən Qərb dairələri ikili standartlarla yanaşmalardan, dezinformasiya siyasətindən əl çəkə bilmir, bir sıra hallarda qarayaxma kampaniyasını sürətləndirməklə istəklərinə nail olmağa çalışırlar. Cəmiyyətdə yanlış təsəvvürlər yaratmaqla bir sıra ölkələrin daxili işlərinə qarışma cəhdləri bunu aydın şəkildə göstərir. 2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra ölkəmizə qarşı Fransanın, eləcə də digər Qərb ölkələrinin apardığı kampaniya da bunun nümunəsi kimi dəyərləndirilməlidir. 30 il işğal altında qalan Qarabağın xarabalıqlarından danışmayan media orqanları olmayan etnik təmizləmədən, mədəni-tarixi abidələrin dağıdılmasından danışmağa üstünlük verdilər. Halbuki ermənilər işğal olunmuş ərazilərdə nəinki etnik təmizləmə aparmış, daşı daş üstə qalmağa belə qoymamışdılar. Onda isə hamı susurdu. Eyni zamanda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi məlum olanda yenidən hücumlara start verildi. Reallıq belədir ki, COP tədbirinin keçirildiyi ölkə daim tənqidlərə və ittihamlara məruz qalır. Ancaq bununla Azərbaycanın siyasi və iqtisadi müstəqillik yolunda nailiyyətlərinin qarşısının alınacağına ümid bəsləyənlər yanılır. Çünki ölkəmizin başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi fəal siyasət buna imkan vermir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, “OPEC Plus” formatının üzvü kimi neft hasil edən ölkələrlə fəal iş aparır. Eyni zamanda “yaşıl dünya naminə həmrəylik” siyasətinin həyata keçirilməsi də göstərir ki, ölkəmiz bəşəri dəyərlərə, planetmizin, atmosferin qorunmasına diqqətlidir. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Şuşa Forumunda səslənən fikirlər bir daha Azərbaycanın doğru yolda olduğunu, dezinformasiya və ikili standartların bizi yolumuzdan döndərə bilmyəcəyini bir daha təsdiqləmiş oldu.
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblə. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib. Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.