Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə bağlı müzakirələr keçirilmişdir.
06 iyun 2022 | 15:04
06.06.2022-ci il tarixdə Xocavənd Rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirdi ki, "Açıq Hökumət Tərəfdaşlığı” təşəbbüsü 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı "Açıq Hökumət Bəyannaməsi” ilə nəticələnmiş və təşəbbüsə qoşulan ölkələrdə bu bəyannamə əsasən milli səviyyədə tədbiq olunmağa başlayıb. Azərbaycan "Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə həmin il qoşulub və bu təşəbbüsə qoşulmaqda əsas məqsəd şəffaflığın artırılması, "Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır.Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planına uyğun olaraq Açıq Hökumət Tərəfdaşlığı" Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin tətbiq edilməsi, açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb. Tədbirdə Xocavənd rayonundan Platforma ilə əlaqələndirməni həyata keçirəcək məsul şəxs müəyyən edilmişdir.