Ağcabədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir
18 avqust 2022 | 17:02
Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu 18 avqust 2022-ci il tarixdə Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə ölkə başçısının avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ermənistana ünvanlanmış sərt açıqlamalar və xəbərdarlıqlara toxunmuş, Vətən müharibəsindən ötən iki ilə yaxın müddət ərzində Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərdən yayındığını, əlavə vaxt qazana bilmək üçün mütəmadi olaraq təxribatlara əl atdıqlarını, lakin hər dəfə bu təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən anındaca alınması və düşmənə lazımi dərsin verildiyini bildirmişdir. Belə ki, Azərbaycan “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı və qarşı tərəfi ciddi cəzalandırdı. Odur ki, Ermənistan 44 günlük Vətən müharibəsində aldığı dərsi unutmamalıdır. Bu ölkə Azərbaycana qarşı olan ərazi iddialarından və təcavüzkar siyasətindən birdəfəlik əl çəkməli, yeni reallıqları qəbul etməlidir. Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır və heç zaman bu mövqeyindən geri çəkiləsi deyil.
Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyini qəbulda bir daha xatırladıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqlardan, məcburi köçkünlər üçün yaşayış sahələrinin işğaldan azad edilmiş ərazilərdə inşa olunmasından, sakinlərin yeni mənzillərə köçürülməsindən söz açaraq bildirdiki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə qayıdışın ilk mərhələsinin başa çatıb və bu mərhələdə kənddə 41 məcburi köçkün ailəsinin yerləşdirilib və Ağalıya əhalinin köçürülməsi davam etdirilir.
Daha sonra səyyar qəbulda iştirak edən qəsəbə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.