Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhərində məskunlaşmış rayon sakinləri ilə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir

06 aprel 2024 | 11:45
  06 aprel 2024-cü il tarixdə Ağcabədi şəhərində məskunlaşmış rayon sakinləri ilə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.
 06 aprel 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ağcabədi şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 556 ailəlik hündürmərtəbəli yaşayış massivində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Eyvaz Hüseynov bildirib ki,Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Başçı qeyd edib ki, hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, “Böyük Qayıdış” Dövlət Proqramının icrasını uğurla başa çatdırmaqdır. Natiq bildirib ki, cari ildə işğaldan azad olunmuş digər ərazilərimiz kimi Xocavənd rayon ərazisinə də məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
  Keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Keçidlər