Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhərində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

05 oktyabr 2023 | 10:35
  Ağcabədi şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 556 ailəlik hündürmərtəbəli yaşayış massivində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  05 oktyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ağcabədi şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 556 ailəlik hündürmərtəbəli yaşayış massivində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarbağda həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra baş verən hadisələrə diqqət çəkən Eyvaz Hüseynov bildirib ki, hal-hazırda Qarabağ ərazisində bütün erməni silahlı birləşmələrinin üzvləri tərkisilah edilib və proses dövlətimizin tam nəzarətindədir. Başçı qeyd edib ki, özünü dırnaqarası keçmiş “Dağlıq Qarabağ Respubliklası”nın rəhbərləri hesab edən terrorçuların bir çoxu artıq Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində həbs edilərək Bakı şəhərinə gətirilib. İndi onlar Azərbaycan dövlətinə, xalqına qarşı törətdiyi çirkin əməllərinə görə qanun qarşısında cavab verirlər. Baş verən son hadisələr bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş istənilən cinayətlərdə iştirak edən erməni terrorçularının Azərbaycan qanunları qarşısında cavab vermələri üçün bütün səylərini ortaya qoydu və bu qətiyyətin məntiqi nəticəsi kimi həmin terrorçular artıq hüquq mühafizə orqanlarımız tərəfindən istintaqa cəlb olunublar. Eyvaz Hüseynov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə sürətlə davam etdirilən tikinti bərpa işlərindən sonra bütün məcburi köçkünlər oz doğma torpaqlarına qayıdaraq, orada əbədi olararq əminmanlıq şəraitində yaşayacaqlar. Mənfur düşmən bir daha xaklqımıza qarşı hər hansı çirkin niyyətini həyata keçirə bilməyəcək. Çünki artıq dünyada öz sözünü demiş Qüdrətli Azərbaycan Sərkərdəsi möhtərəm Prezidentimiz İlham Əliyev və onun ətrafında dəmir yumruq kimi birləşmiş polad iradəli Azərbaycan xalqı var.
  Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər