Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda məskunlaşan rayon sakinləri ilə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir.

21 oktyabr 2022 | 09:30
    20 oktyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ağdam rayonununda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir . Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən savaşının qürurlu ildönümlərini yaşamaqdayıq. 30 il ərzində işğal tarixlərini sızıltı və qüssə ilə qeyd edən xalqımız indi həmin yurdların azad olunma günlərinin sevincini yaşayır. Azərbaycan Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri isə bu sevinci bir qədər də artırır. 44 gün ərzində cəbhə meydanında Ali Baş Komandan, diplomatiya masasında fövqəlsiyasətçi olan Azərbaycan lideri bu gün eyni qüdrət və bacarıqla yenidənqurma işlərinə rəhbərlik edir.
 İşğaldan azad olunmuş ərazilərdə digər infrastruktur layihələrlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Füzuli, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının tikintisinə başlanmış, regionun inkişafında strateji əhəmiyyət kəsb edən 3 hava limanının inşa edilməsi postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı işlərin əsasını təşkil edir. Təxminən bir il öncə müasir standartlar əsasında tikilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışının ardınca Zəngilanda da belə bir hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki quruculuq işlərinə "Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisi" - deyə qiymət verməsi də təsadüfi deyildi. Dünyanın həm siyasi, həm iqtisadi baxımdan indiki çalxalanma vaxtında Azərbaycanın işğal dönəmində xaraba qoyulmuş yurdlarımızda gördüyü işlər fantastikdir.
 Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər