Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə tədbir keçirilmişdir
Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planının 8.4.7-cı tapşırığı ilə əlaqədar qeyd edirik ki, Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 oktyabr 2025-ci il tarixdə “Ahıllar günü” qeyd edilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"ndan, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülməsini bildirmiş, həmçinin ahılları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışıb, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmişdir.






