Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə ənənələrinin möhkəmləndirilməsi mövzusunda tədbir təşkil olunmuşdur.

07 dekabr 2023 | 09:35

     Ailə ənənələrinin möhkəmləndirilməsi mövzusunda tədbir təşkil olunmuşdur.

   07 dekabr 2023-cü ildə Xocavənd rayon 4 saylı tam orta məktəbdə "Ailə ənənələrinin möhkəmləndirilməsi" mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Orxan Həsənov bildirmişdir ki, ailə kiçik dövlətdir. Ailə dəyərləri hər bir azərbaycanlı üçün müqəddəsdir. Gənclər bu ənənəni davam etdirməlidir. Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır.
   Tədbirin sonunda şagirdlər ailə dəyərləri barəsində fikirlərini bildirmişlər.
Keçidlər